ABŞ-da universitet ətrafında 11 nəfər qazdan zəhərlənib

ABŞ-da universitet ətrafında 11 nəfər qazdan zəhərlənib Hadisə nəticəsindı bir tələbə həlak olub
Digər ölkələr
14 Aprel , 2016 03:21
ABŞ-da universitet ətrafında 11 nəfər qazdan zəhərlənib

Bakı. 14 aprel. REPORT.AZ/ABŞ-da universitetlərdən birinin yaxınlığında baş vermiş hadisə nəticəsində 11 nəfər qazdan zəhərlənib, bir nəfər isə həlak olub. 

"Report"un məlumatına görə, buna səbəb təhlükəli maddənin tozlandırılması olub. "KXAN-TV" telekanalının yaydı məlumatda bildirilir ki, hadisə Ostin şəhəri yaxınlığındakı universitetdə baş verib.

Universitet şəhərciyi yaxınlığında mənzil kompleksində təhlükəli maddələrdən istifadə ilə bağlı çağırışa yanğınsöndürənlər də gəlib. Onlar təxminən 20 yaşlı bir nəfərin boğulub öldüyünü görüblər. Məlıumata görə o, universitet tələbəsi imiş.  

Son xəbərlər

Orphus sistemi