​ABŞ-da təyyarənin yanması nəticəsində 14 nəfər xəsarət alıb

​ABŞ-da təyyarənin yanması nəticəsində 14 nəfər xəsarət alıb Hava limanının bir hissəsi bağlanıb
Digər ölkələr
9 Sentyabr , 2015 11:42
​ABŞ-da təyyarənin yanması nəticəsində 14 nəfər xəsarət alıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ ABŞ-ın Las-Veqas şəhərindəki hava limanında "British Airways" Hava Yolları şirkətinə məxsus "Boeing-777" sərnişin təyyarəsində baş verən yanğın nəticəsində 14 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu haqda CNN telekanalı məlumat yayıb.

Təyyarədə 159 sərnişin olub. Yananlar arasında ekipaj üzvləri də var.

Londona uçan təyyarə uçuş öncəsi yanıb.

Hava limanının bir hissəsi bağlanıb. Reyslərin uçuşunda müəyyən gecikmələr yaranıb. 

Son xəbərlər

Orphus sistemi