ABŞ-da təyyarə qəzası olub, iki nəfər ölüb

ABŞ-da təyyarə qəzası olub, iki nəfər ölüb Təyyarənin qırıntıları və ölənlərin meyitləri axtarış nətəcisində tapılıb
Digər ölkələr
20 Sentyabr , 2016 13:33
ABŞ-da təyyarə qəzası olub, iki nəfər ölüb

Bakı. 20 sentyabr. REPORT.AZ/ ABŞ-ın Viskonsin ştatında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, "Peninsula State Park" adlı parkın üzəri ilə uçan təyyarə gözlənilmədən radarlardan itib.

Məlumata görə, hadisə nəticəsində ölənlər - 69 yaşlı Ralf Keller 16 yaşlı Oliviya Dal adlı qıza təyyarəni idarə etməklə bağlı təlim keçirmiş.

Xəbərdə bildirilib ki, qızı təlimə aparan 69 yaşlı kişi könüllü imiş.

Hadisənin baş vermə səbəbləri araşdırlır. Təyyarənin qırıntıları və ölənlərin meyitləri axtarış nəticəsində tapılıb. 

Son xəbərlər

Orphus sistemi