ABŞ-da terror aktı hazırlamaqda şübhəli bilinən 3 nəfər həbs edilib

ABŞ-da terror aktı hazırlamaqda şübhəli bilinən 3 nəfər həbs edilib Həbs edilənlərin adları açıqlanmır
Digər ölkələr
15 Oktyabr , 2016 02:26
ABŞ-da terror aktı hazırlamaqda şübhəli bilinən 3 nəfər həbs edilib

Bakı. 15 oktyabr. REPORT.AZ/ ABŞ-ın Kanzas ştatında hüquq-mühafizə orqanlarının əməkdaşları terror hadisəsi törətməyi hazırlamaqda şübhəli bilinən 3 nəfəri həbs edib.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Məlumata görə, onlar Kanzasın qərb hissəsindəki Qarden-Sitidə yaşayan Somali əsilli şəxslərə qarşı terror aktı planlaşdırıblar.

Yaxın saatlarda onlara rəsmi qaydada ittihamlar irəli sürüləcək. 

Həbs edilənlərin adları açıqlanmır. 

Son xəbərlər

Orphus sistemi