​ABŞ-da qatar relsdən çıxıb, 10 nəfər xəsarət alıb

​ABŞ-da qatar relsdən çıxıb, 10 nəfər xəsarət alıb Hadisənin səbəbləri haqqında məlumar verilmir
Digər ölkələr
8 Mart , 2016 10:28
​ABŞ-da qatar relsdən çıxıb, 10 nəfər xəsarət alıb

Bakı. 8 mart. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatında sərnişin qatarının relsdən çıxması səbəbindən baş verən qəza nəticəsində azı 10 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu haqda "Associated Press" məlumat yayıb.

Məlumata görə, hadisə əyalətin Sanole rayonunda baş verib. Xəbərdə bildirlib ki, vaqonlardan biri dərəyə düşüb. Yerli polis məmuru həmin vaqonun yarıyadək su ilə dolduğunu söyləyib. Xilasedicilər sərnişinlərin vaqondan çıxmasına yardım edib.

Hadisənin başvermə səbəbi açıqlanmır.

Son xəbərlər

Orphus sistemi