​ABŞ-da qatar qəzası nəticəsində 6 nəfər ölüb, 12 nəfər yaralanıb

​ABŞ-da qatar qəzası nəticəsində 6 nəfər ölüb, 12 nəfər yaralanıb Qəza Nyu-Yorkda qatarın iki avtomobil ilə toqquşması nəticəsində baş verib
Digər ölkələr
4 Fevral , 2015 07:44
​ABŞ-da qatar qəzası nəticəsində 6 nəfər ölüb, 12 nəfər yaralanıb

Bakı. 4 fevral. REPORT.AZ/ Nyu-Yorkda qatarın iki avtomobil ilə toqquşması nəticəsində 6 nəfər həlak olub.

"Report" "Usa Today"a istinadən xəbər verir ki, hadisə zamanı daha 12 nəfər xəsarət alıb.

Qəza Nyu-Yorkda Valqalla adlanan yerdə, "Metro-North" dəmiryolu xəttində baş verib.

Məlumata görə, avtomobillərdən biri, "Jeep Cherokee", relslərin üzərində, qatarın yolunda dayanıb. Toqquşma nəticəsində qatar və maşınlar yanmğa başlayıb.

Ölənlərin beş nəfəri qatar sərnişini, bir nəfər isə maşınlardan birinin sükanı arxasında olan qadındır.

İngilis versiyası Six dead in US metro crash

Son xəbərlər

Orphus sistemi