​ABŞ-da qasırğa nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb

​ABŞ-da qasırğa nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb Yüzlərlə evə ziyan dəyib, onların çoxu tamamilə dağılıb
Digər ölkələr
25 Dekabr , 2015 02:15
​ABŞ-da qasırğa nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb

Bakı. 25 dekabr. REPORT.AZ/ ABŞ-da qasırğa nəticəsində 11 nəfər həyatını itirib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, həmçinin yüzlərlə evə ziyan dəyib, onların çoxu tamamilə dağılıb.

Agentliyin məlumatına görə, təbii fəlakətdən daha çox Missisipi, Tennesi və Arkanzas ştatları əziyyət çəkib.

Qasırğanın vurduğu ziyanı gələn həftənin əvvəlində qiymətləndirmək mümkün olacaq.

Son xəbərlər

Orphus sistemi