ABŞ prezidentliyinə namizədliyə iddiaçı Barak Obama və Hillari Klintonu İŞİD-i yaratmaqda ittiham edib

ABŞ prezidentliyinə namizədliyə iddiaçı Barak Obama və Hillari Klintonu İŞİD-i yaratmaqda ittiham edib Milyarder iş adamı Donald Tramp: "İŞİD-i Barak Obama və Hillari Klinton yaradıb"
Digər ölkələr
3 Yanvar , 2016 11:45
ABŞ prezidentliyinə namizədliyə iddiaçı Barak Obama və Hillari Klintonu İŞİD-i yaratmaqda ittiham edib

Bakı. 3 yanvar. REPORT.AZ/ ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq istəyən və bunun üçün kampaniya aparan milyarder iş adamı Donald Tramp Birləşmiş Ştatlar prezidenti  Barak Obamanı və sabiq dövlət katibi Hillari Klintonu İŞİD terror qruplaşmasını yaratmaqda ittiham edib.

"Report" xəbər verir ki, "Associated Press" agentliyi "Youtube" kanalında D.Trampın Mississippidə tərəfdarları qarşısında çıxışını əks etdirən videoçarx yerləşdirib. Qeyri-adi davranışları və sözləri ilə gündəmdə qalmağı bacaran milyarder-siyasətçi bu dəfə Səudiyyə Ərəbistanında şiə alimi Nimr əl-Nimrin və onunla birlikdə 46 nəfərin edam olunmasından sonra Tehranda Səudiyyə Ərəbistanı səfirliyi qarşısında keçirilən etiraz aksiyalarına və səfirliyə hücuma münasibət bildirərib. D.Tramp çıxışında ciddi ittiham irəli sürüb: "İŞİD-i Barak Obama və Hillari Klinton yaradıb".

Qeyd edək ki, əvvəllər dövlət katibi postunu tutan və Demokratlar Partiyasının prezidentliyə namizəd kimi irəli sürəcəyi gözlənilən H.Klinton daim D.Trampla qarşılıqlı sözlü "hücumlar" həyata keçirir. Milyarderin son fikri isə xanım siyasətçinin "Tramp İŞİD-ə ən çox qüvvə toplayan şəxsdir" sözlərinə cavab olaraq səslənib.

Son xəbərlər

Orphus sistemi