FTB: ​ABŞ-da polis hər il 600-ə yaxın mülki şəxsi öldürür

FTB: ​ABŞ-da polis hər il 600-ə yaxın mülki şəxsi öldürür 2003-2011-ci illər arasında isə polisə qarşı 7427 cinayət işi açılıb
Digər ölkələr
30 Aprel , 2015 13:56
FTB: ​ABŞ-da polis hər il 600-ə yaxın mülki şəxsi öldürür

Bakı. 30 aprel. REPORT.AZ/ Son on ildə ABŞ-da yerli və əyalət polisi hər il orta hesabla 545 mülki şəxsi öldürüb. "Report" "Turkishny"yə istinadən xəbər verir ki, bu haqda ABŞ Federal Təhqiqat Bürosu (FTB) məlumat yayıb.

FTB-nin məlumatına görə, polis 2005-ci ildə 928 nəfər, 2009-cu ildə 414 nəfər mülki şəxsi öldürüb. 2003-2011-ci illər arasında isə polis haqda 7427 cinayət işi açılıb.

Xəbərdə qeyd olunub ki, bəzi vətəndaş cəmiyyəti fəalları hesab edirlər ki, ABŞ-da afro-amerikalıların məhkəməyə cəlb olunması halları ağ dərililərə nisbətən 10 dəfə çoxdur.   

Son xəbərlər

Orphus sistemi