​ABŞ-da poçtalyon polis rəisi müavinini güllələyib

​ABŞ-da poçtalyon polis rəisi müavinini güllələyib Qətl hadisəsi Florida ştatında baş verib
Digər ölkələr
23 Sentyabr , 2015 04:49
​ABŞ-da poçtalyon polis rəisi müavinini güllələyib

Bakı. 23 sentyabr. REPORT.AZ/ ABŞ-ın Florida ştatının Şalimar şəhərində poçtalyon şerif müavinini güllələyib və ardınca polislə atışma zamanı özü də öldürülüb.

"Report" TASS-a istinadən xəbər verir ki, poçtalyon bundan əvvəl məişət zorakılığında şübhəli bilinib.

Polis bu səbəbdən onu məhkəməyə çağırmağa və onda olan odlu silahı müsadirə etməyə cəhd göstərib.

Bu zaman münaqişə yaranıb və poçtalyon polisə bir neçə atəş açaraq onu qətlə yetirib. Cinayətkar daha sonra öz evində gizlənərək hadisə yerinə gələn polislərə silahlı müqavimət göstərib. Onu yalnız evinə gözyaşardıcı qaz buraxdıqdan sonra zərərsizləşdirmək mümkün olub.

Son xəbərlər

Orphus sistemi