Bakı. 2 avqust. REPORT.AZ/ Amerika Birləşmiş Ştatlarında növbəti silahlı insident baş verib.
"Report"-un RİA Novosti agentliyinə istinadən məlumatına görə, Nyu-York şəhərinin Bruklin rayonunda naməlum silahlı şəxs 11 nəfəri yaralayıb.
Silahlı şəxsin hadisə yerindən qaçdığı bildirilir.
Federal Təhlükəsizlik Bürosu hadisənin terror aktı olub olmadığını araşdırır.