ABŞ-da "Metyu" qasırğasından ölənlərin sayı 33 nəfərə çatıb

ABŞ-da "Metyu" qasırğasından ölənlərin sayı 33 nəfərə çatıb Daha 3 nəfər itkin düşüb
Digər ölkələr
12 Oktyabr , 2016 02:35
ABŞ-da Metyu qasırğasından ölənlərin sayı 33 nəfərə çatıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ ABŞ-da "Metyu" qasırğasından ölənlərin sayı 33 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Telekanalın xəbərinə görə 33 ölüm faktı ölkənin cənub-şərqindəki 5 ştatda qeydə alınıb. Onlardan 14-ü Şimali Karolinanın payına düşür.

Ştatın qubernatoru Pet Makkrori bildirib ki, daha 3 nəfər itkin düşüb.

Qeyd edək ki, bundan əvvəl qasırğa zamanı 27 nəfərin öldüyü bildirilirdi. 

Son xəbərlər

Orphus sistemi