​ABŞ-da ikimərtəbəli avtobus yüksək sürətlə binaya girib: 19 yaralı

​ABŞ-da ikimərtəbəli avtobus yüksək sürətlə binaya girib: 19 yaralı Yaralılardan beşinin vəziyyəti ağırdır
Digər ölkələr
14 Noyabr , 2015 06:47
​ABŞ-da ikimərtəbəli avtobus yüksək sürətlə binaya girib: 19 yaralı

Bakı. 14 noyabr. REPORT.AZ/ Noyabrın 13-də ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində yüksək sürətlə hərəkətdə olan ikimərtəbəli turist avtobusu beş avtomobili və bir motosikli taranlayaraq tikilməkdə olan binanın inşaat taxtalarına çırpılıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, qəza nəticəsində 19 nəfər xəsarət alıb.

Polisin məlumatına görə, qəza teatr, kinoteatr, mağaza və gəzməli-görməli yerlərin olduğu Yunion-Skver meydanında baş verib.

Polis nümayəndəsi Albi Esparsın məlumatına görə, avtobusda təqribən 30 nəfər olub. Xəsarət alanlardan beşinin vəziyyəti ağırdır. Onlardan biri avtobusun vurduğu velosipedçidir.

Son xəbərlər

Orphus sistemi