ABŞ-da iki təyyarədə bomba həyəcanı yaşanıb

ABŞ-da iki təyyarədə bomba həyəcanı yaşanıb Rəsmilər bomba xəbərdarlığını kifayət qədər ciddi qiymətləndiriblər
Digər ölkələr
25 Yanvar , 2015 09:27
ABŞ-da iki təyyarədə bomba həyəcanı yaşanıb

BAKI. 25 yanvar. REPORT.AZ/ Terror aktları hədələrinə cavab olaraq ABŞ-da iki sərnişin təyyarəsi Atlantanın Hartsfild hava limanında təcili eniş etməli olub. 

"Report" Azadlıq radiosuna istinadən xəbər verir ki, amerikalı rəsmilər Delta və Southwest Airlines şirkətlərinə məxsus təyyarələrə qarşı səslənən bomba xəbərdarlığını kifayət qədər ciddi qiymətləndiriblər.

Bildirilir ki, Delta Flight təyyarəsi Oreqon ştatının Portland, Southwest Airlines Flight təyyarəsi isə Viskonsin ştatının Mulvok şəhərinə səfər ediblər. Hər iki təyyarənin sərnişinləri təhlükəsiz yerə aparılıb. Təyyarələrin hava limanına enişindən sonra FTB qrupları bomba bomba axtarış aparıb.

Hadisə haqda əlavə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi