ABŞ-da İŞİD-ə qarşı mübarizə üzrə NATO müdafiə nazirlərinin görüşü olacaq

ABŞ-da İŞİD-ə qarşı mübarizə üzrə NATO müdafiə nazirlərinin görüşü olacaq Y.Stoltenberq hərbi bazada "Hava gücünün nümayişi"ndə iştirak edəcək
Digər ölkələr
19 İyul , 2016 12:18
ABŞ-da İŞİD-ə qarşı mübarizə üzrə NATO müdafiə nazirlərinin görüşü olacaq

Bakı. 19 iyul. REPORT.AZ/ NATO baş katibi Yens Stoltenberq Alyansın müdafiə nazirlərinin İŞİD terror qruplaşmasına qarşı mübarizə üzrə iclasında iştirak etmək üçün ABŞ-a səfər edəcək.

"Report" NATO mətbuat xidmətinə istinadən xəbər verir ki, iclas ABŞ müdafiə naziri Eşton Karter tərəfindən təşkil olunub və iyulun 20-də Merilend ştatındakı Endryus hərbi bazasında keçiriləcək.

Bundan əlavə, Y.Stoltenberq hərbi bazada "Hava gücünün nümayişi"ndə iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi