​ABŞ-da həbsdən qaçan iranlıya yardım etməkdə şübhəli bilinən qadın saxlanılıb

​ABŞ-da həbsdən qaçan iranlıya yardım etməkdə şübhəli bilinən qadın saxlanılıb Müəllimənin həbsxanaya silah və dəmir barmaqlıqları kəsmək üçün mişar keçirdiyi bildirilib
Digər ölkələr
29 Yanvar , 2016 11:24
​ABŞ-da həbsdən qaçan iranlıya yardım etməkdə şübhəli bilinən qadın saxlanılıb

Bakı. 29 yanvar. REPORT.AZ/ ABŞ-ın Cənubi Kaliforniya həbsxanasından 37 yaşlı iranlı Hüseyn Naeri, 20 yaşlı Conatan Tiu və 43 yaşlı Bek Duonun həbsdən qaçması ilə bağlı 44 yaşlı İran əsilli müəllimə Nuşafərian Rəvaqi saxlanılıb.

"Report" xəbər verir ki, bu haqda "ABC News" məlumat yayıb.

Məlumata görə, N.Rəvaqi onların qaçımasına yardım edib. İstintaq nəticəsində məlum olub ki, Hüseyn Naeri müəllimənin dərslərində iştirak edirmiş və aralarında münasibət yaranıb. N.Rəvaqi "Google" axtarış sistemindən məlumatlar toplayıb və qaçması üçün onları H.Naeriyə verib. Müəllimənin həbsxanaya silah və dəmir barmaqlıqları kəsmək üçün mişar da keçirdiyi bildirilib.

Xəbərdə bildirilib ki, N.Rəvaqi bu ittihamları rədd edib.

Qeyd edək ki, Hüseyn Naeri ABŞ-ın dəniz piyadaları ordusunda xidmət edib.

Onların cinayət işini araşdıran yerli prokuror Xizer Braun jurnalistlərə bildirib ki, belə qatı cinayətkar ciddi rejimli həbsxanada saxlanılmalı idi. O, Hüseyn Naerini "Quzuların sükutu" kinotrillerindəki manyakla eyniləşdirərək, "İkinci Hannibal Lekter" adlandırıb.

Xəbərə əsasən, Hüseyn Naeri "narkotik maddələrin qanunsuz ticarəti", "qarət", "adam oğurluğu", "qətl və işgəncə vermək" də ittiham olunaraq mühakimə edilib.

Xatırladaq ki, onunla birlikdə həbsxanadan 20 yaşlı Conatan Tiu və 43 yaşlı Bek Duon da qaçıb. Onların yeri haqda məlumat verənin 50 min dollar məbləğində mükafatlandırılacağı da bildirilib.

Son xəbərlər

Orphus sistemi