ABŞ-da güclü qar yağışı səbəbindən 8 minə yaxın aviareys ləğv edilib

ABŞ-da güclü qar yağışı səbəbindən 8 minə yaxın aviareys ləğv edilib Dünən günorta saatlarında ABŞ-ın şərq sahilində güclü qış siklonu müşahidə olunub
Digər ölkələr
23 Yanvar , 2016 10:40
ABŞ-da güclü qar yağışı səbəbindən 8 minə yaxın aviareys ləğv edilib

Bakı. 23 yanvar. REPORT.AZ/ ABŞ-da güclü qar yağışı səbəbindən 7,6 mindən çox aviareys ləğv edilib. "Report" "RİA Novosti"yə istinadən xəbər ki, hava əlaqəsi bazar günündən tez bərpa olunmayacaq.

CNN telekanalının məlumatına görə, pis hava şəraiti səbəbindən paytaxt və qonşu ştatların, o cümlədən Nyu-Yorkun aeroportları bağlanıb. Əlverişsiz hava şəraitinə görə on ştatda fövqəladə vəziyyət elan olunub. Ümumiliyyətlə, hökumət rəsmiləri 85 milyondan çox amerikalının siklonun təsirini hiss edəcəyini düşünür.

Xatırladaq ki, dünən günorta saatlarında ABŞ-ın şərq sahilində güclü qış siklonu müşahidə olunub. Siklonun mərkəzi paytaxt regionu, eləcə də ətrafdakı ştatlar - Merilend, Virciniya və Pensilvaniya olub. ABŞ-ın paytaxtı və ətraf rayonlarda 8 saat dayanmadan qar yağışı qeydə alınıb. Sinoptiklər çovğunun şənbə günü axşama qədər davam edəcəyini proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi