ABŞ-da dustaqların ümumi tətili başlayıb

ABŞ-da dustaqların ümumi tətili başlayıb Dustaqlar cəzaçəkmə müəssisələrindəki şəraitdən narazıdırlar
Digər ölkələr
10 Sentyabr , 2016 10:57
ABŞ-da dustaqların ümumi tətili başlayıb

Bakı. 10 sentyabr. REPORT.AZ/ ABŞ-da dustaqların cəzaçəkmə müəssisələrində şəraitə qarşı ümumi tətili başlayıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, dustaqlar yerinə yetirdikləri işlərə görə, əmək haqqının artırılmasını tələb edirlər. Onlar, həmçinin səhiyyə sistemi və müəssisələrin həddən artıq dolu olmasından narazıdırlar. 

Dustaqların hüquqlarını müdafiə edən fəallar onların vəziyyətini köləliklə müqayisə edirlər. Onlar dustaqların Alabama, Texas və Cənubi Karolinada da tətil etdiklərini bildirir.

Yerli mətbuat Floridada iki cəzaçəkmə müəssisəsində baş verən iğtişaşlardan xəbər verir. 

Son xəbərlər

Orphus sistemi