​ABŞ-da daşqınlar nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb - YENİLƏNİB

​ABŞ-da daşqınlar nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb - YENİLƏNİB Daşqınlara leysan yağışları səbəb olub
Digər ölkələr
25 İyun , 2016 02:33
​ABŞ-da daşqınlar nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 25 iyun. REPORT.AZ/ Amerikanın Qərbi Virciniya ştatında baş verən daşqınlar nəticəsində ölənlərin sayı ən azı 18 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə cümə günü dairə şerifləri və xilasetmə əməliyyatları iştirakçılarına istinadən "Associated Press" məlumat yayıb

Ştat rəhbərliyi təbii fəlakət qurbanlarının sayının artacağından ehtiyatlanır.

***23:53

Amerikanın Qərbi Virciniya ştatında baş verən daşqınlar nəticəsində 14 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə cümə günü ştatın qubernatoru Erl Rey Tomblin mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ştat ərazisində axtarış işləri davam etdirilir. Bundan öncə, Qərbi Virciniya hakimiyyəti dörd nəfərin öldüyünü xəbər vermişdi.

Daşqınlara leysan yağışları səbəb olub.

Son xəbərlər

Orphus sistemi