Bakı. 30 May. REPORT.AZ/ ABŞ-ın Texas və Oklahoma ştatlarında leysan yağışların yağması nəticəsində baş verən daşqında ölənlərin sayı 28-ə çatıb.
"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, təbii fəlakətə məruz qalan ərazilərdə xilasetmə və evakuasiya işləri aparılır.
Xilasedicilər itkin düşmüş adamların axtarışı ilə məşğuldur. Mindən çox ev qismən və ya tamamilə dağılıb.