Bakı. 15 iyul. REPORT.AZ/ ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərinin şimal hissəsində baş verən atışma nəticəsində 4 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu haqda yerli KİV məlumat yayıb.
Yaralananların ikisi kişi, ikisi qadındır. Xəsarət alanların hamısının afro-amerikalı olduğu bildirilib. Həkimlərin sözlərinə görə, yaralılardan birinin səhhəti ağırdır.
Polis hadisə yerində araşdırma aparır.