​ABŞ-da atışma nəticəsində 1 polis ölüb, 2-si yaralanıb

​ABŞ-da atışma nəticəsində 1 polis ölüb, 2-si yaralanıb İnsident Virciniya ştatında baş verib
Digər ölkələr
28 Fevral , 2016 09:51
​ABŞ-da atışma nəticəsində 1 polis ölüb, 2-si yaralanıb

Bakı. 28 fevral. REPORT.AZ/ ABŞ-ın Virciniya ştatında baş verən atışma nəticəsində üç polis əməkdaşı odlu silah yarası alıb.

"Report" xəbər verir ki, bu barədə Prins-Uilyam dairəsi departamentinin "twitter" səhifəsi məlumat verib.

Aldığı yaralardan polis zabiti Eşli Qindon dünyasını dəyişib, onun həmkarları xəstəxanaya yerləşdirilib. Leyk-Ric adlı yerdə baş verən insidentin səbəbləri hələ açıqlanmır, araşdırma aparılır.

Şübhəli şəxsin saxlanıldığı və onun yaralanmadığı bildirilir.

Son xəbərlər

Orphus sistemi