​ABŞ-da "altılıq" və İranın XİN başçıları arasında danışıqlar başlayıb

​ABŞ-da "altılıq" və İranın XİN başçıları arasında danışıqlar başlayıb Görüşdə İranın nüvə problemi üzrə sazişin icra prosesi müzakirə olunacaq
Digər ölkələr
29 Sentyabr , 2015 06:59
​ABŞ-da altılıq və İranın XİN başçıları arasında danışıqlar başlayıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci sessiyasının "sahələri"ndə "altılıq" (BMT TŞ-nin beş daimi üzvü və Almaniya) və İranın xarici işlər nazirləri arasında danışıqlar başlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, nazirlər 2015-ci ilin iyul ayında Tehranın nüvə probleminin nizamlanması üzrə əldə edilmiş tarixi sazişin icra prosesini müzakirə edəcəklər.

Danışıqlara qədər Fransa və İranın XİN rəhbərləri ikitərəfli görüş keçiriblər.

Son xəbərlər

Orphus sistemi