​ABŞ-da akvaparkda qəza baş verib, konqresmenin oğlu ölüb

​ABŞ-da akvaparkda qəza baş verib, konqresmenin oğlu ölüb Oradan saatda 110 km sürətlə enmək mümkündür
Digər ölkələr
8 Avqust , 2016 10:46
​ABŞ-da akvaparkda qəza baş verib, konqresmenin oğlu ölüb

Bakı. 8 avqust. REPORT.AZ/ ABŞ-ın Kanzas ştatında akvarparkdakı su təpəciyindən eniş zamanı konqresmenin 10 yaşlı oğlu həyatını itirib.

"Report" yerli "Fox" telekanalına istinadən xəbər verir ki, hadisə ştatın Kanzas-siti şəhərində qeydə alınıb.

Xəbərə görə, ABŞ Konqresinin üzvünün 10 yaşlı oğlu 51 metrlik hündürlükdəki su təpəciyindən enərkən ölüb.

Bu təpəciyin adı almancadan tərcümədə mənası "dəlisov"dur. Akvaparkdakı əyləncəyə başlamaq üçün 264 pilləkən qalxmaq lazımdır. Təpəciyin hündürlüyü 51 metrdir. Bu, dünyada ən hündür təpəcik sayılır. Oradan saatda 110 km sürətlə enmək mümkündür.

Qəza ilə bağlı akvapark iki günlüyə bağlanıb. Polis hadisənin baş vermə səbəbini araşdırır. 

Son xəbərlər

Orphus sistemi