Bakı. 12 mart. REPORT.AZ/ Martın 14-də ABŞ BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasını çağırıb. "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer bildirib ki, buna səbəb İranın ballistik raketləri sınaqdan keçirməsidir.
“İran rəsmiləri raketlərin bilavasitə İsrailə istiqamətləndiyini bəyan ediblər. Ən yaxın müttəfiqimizə qarşı səsləndirilən təhdidlərə qarşı səssiz qala birmərik. Tehranın bu addımını təxribat və sabitliyə zidd mövqe kimi qiymətləndiririk”, - deyə Pauer bildirib.