​ABŞ: "Bəşər Əsəd hakimiyyətdə qala bilər"

​ABŞ: "Bəşər Əsəd hakimiyyətdə qala bilər" "Lakin o, keçid hökumətinin bir hissəsi ola bilməz"
Digər ölkələr
20 Oktyabr , 2015 05:58
​ABŞ: Bəşər Əsəd hakimiyyətdə qala bilər

Bakı. 20 oktyabr. REPORT.AZ/ Suriya lideri Bəşər Əsəd bundan sonra da hakimiyyətdə qala bilər, lakin həmişəlik yox. Həmçinin ABŞ-ın fikrincə, o ölkənin keçid hökumətinə daxil ola bilməz.

"Report" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirib.

"Əsəd keçid hökumətinin bir hissəsi ola bilməz...lakin bu o demək deyil ki, o sabah postundan getməlidir", - deyə Toner qeyd edib.

Eyni zamanda o bu "siyasi keçid"in nə zaman başlayacağı və nə qədər davam edəcəyini dəqiq bildirməyib.

"O təcili başlamalıdır", - deyə ABŞ rəsmisi qeyd edib.

Son xəbərlər

Orphus sistemi