Obama Rusiyaya qarşı sanksiyaları imzalayıb

Obama Rusiyaya qarşı sanksiyaları imzalayıb Bununla yanaşı Ağ ev rəhbəri bildirib ki, hazırda əlavə məhdudiyyətlərdən söhbət getmir
Digər ölkələr
19 Dekabr , 2014 03:58
Obama Rusiyaya qarşı sanksiyaları imzalayıb

Bakı. 19 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama ona Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək imkanı verən "Ukraynaya dəstək aktı" qanun layihəsini imzalayıb.

"Report" xəbər verir ki, bununla yanaşı Ağ ev rəhbəri bildirib ki, hazırda əlavə məhdudiyyətlərdən söhbət getmir.

Obama qeyd edib ki, ABŞ yaxın vaxtlarda Rusiyaya qarşı hazırki qadağaların təkmilləşdirilməsi üçün avropalı müttəfiqləri ilə birgə fəal iş aparmaq niyyətindədir.

Bununla yanaşı Obama bildirib ki, Birləşmiş Ştatlar Rusiyada iqtisadi artım və stabilliyin olmasında maraqlıdır. Ağ ev rəhbəri qeyd edib ki, Moskva tərəfindən "lazımi addımlar" atılacağı təqdirdə, sanksiya rejimi dayandırıla bilər.

"Ukraynanın azadlığına dəstək aktı - 2014" Amerika Konqresi tərəfindən ötən həftə təsdiq edilib. Sənəd Amerika prezidentinə Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər görmək, həmçinin Ukraynaya hərbi yardım göstərmək imkanı verir.

Son xəbərlər

Orphus sistemi