ABŞ-a məxsus sərnişin təyyarəsi hava burulğanına düşüb, 24 nəfər xəsarət alıb

ABŞ-a məxsus sərnişin təyyarəsi hava burulğanına düşüb, 24 nəfər xəsarət alıb Təyyarə Bostondan Sakramentoya aviareys yerinə yetirirmiş
Digər ölkələr
12 Avqust , 2016 12:44
ABŞ-a məxsus sərnişin təyyarəsi hava burulğanına düşüb, 24 nəfər xəsarət alıb

Bakı. 12 avqust. REPORT.AZ/ ABŞ-ın "JetBlue Airways" aviaşirkətinə məxsus təyyarə hava burulğanına düşdüyünə görə 22 sərnişin və 2 ekipaj üzvü xəsarət alıb.

"Report" "Lenta.ru" portalına istinadən xəbər verir ki, hadisə avqustun 11-də axşam saatlarında Bostondan Sakramentoya uçan təyyarədə baş verib. Nəticədə avialayner Cənubi Dokota ştatında Rapid Siti şəhərində məcburi eniş etməli olub.

Xəsarət alanlar yerli xəstəxanaya çatdırılıblar. Digər sərnişinlər isə başqa hava gəmisi ilə təyinat nöqtəsinə göndəriliblər.

Son xəbərlər

Orphus sistemi