ABŞ 1970-ci illərin qırıcı təyyarələri istifadədən çıxarmamaq qərarına gəlib

ABŞ 1970-ci illərin qırıcı təyyarələri istifadədən çıxarmamaq qərarına gəlib A-10 təyyarələrindən ilk dəfə 1991-ci ildə Körfəz müharibəsi zamanı istifadə edilmişdi
Digər ölkələr
28 Fevral , 2016 01:27
ABŞ 1970-ci illərin qırıcı təyyarələri istifadədən çıxarmamaq qərarına gəlib

Bakı. 28 fevral. REPORT.AZ/ ABŞ 1970-ci illərin "Warthog" ləqəbli qırıcı təyyarələri İŞİD-lə mübarizədə effektiv olduğu üçün istifadədən çıxarmamaq qərarına gəlib.

"Report"-un "Amerikanın səsi"nə istinadən verdiyi xəbərə görə, Sovet İttifaqının sillahlı qüvvələri əleyhinə istehsal edilən bu ikimühərrikli təyyarələr çox sürətli olmasa da, 30 mm-lik top ilə qurudakı mövqelərin dəqiq hədəfini təmin edir. Qırıcılar bundan əlavə güclü davamlılığa malikdir.

A-10 təyyarələrindən ilk dəfə 1991-ci ildə Körfəz müharibəsi zamanı istifadə edilmişdi.

Bu qırıcılar minlərlə tank, zirehli maşın və artillery sılahlarını sıradan çıxarmışdı. Onlar Balkanlardakı münaqişə zamanı da ABŞ-ın hərbi əməliyyatlarında əsas alət olmuşdu.

Bu yaxınlarda ABŞ-ın Hava qüvvələri qırıcıların təqaüdə göndərilmə vaxtının çatdığını bildirib.

Lakin Müdafiə Nazirliyi bu təyyarələrin 2022-ci ilədək istifadədə olacağını bəyan edib.

Son xəbərlər

Orphus sistemi