60-a yaxın alman vətəndaşı İD qoşularaq həlak olub

60-a yaxın alman vətəndaşı İD qoşularaq həlak olub ​550 alman vətəndaşı İslam Dövləti yaraqlılarına qoşulmaq üçün İraq və Suriyaya gedib
Digər ölkələr
23 Noyabr , 2014 17:26
60-a yaxın alman vətəndaşı İD qoşularaq həlak olub

Bakı. 23 noyabr. REPORT.AZ/ 550 alman vətəndaşı İslam Dövləti yaraqlılarına qoşulmaq üçün İraq və Suriyaya gedib. Bunu Almaniyanın Daxili Kəşfiyyat Agentliyinin rəhbəri Hans-Georg Maassen bildirib.

"Report"-un Azadlıq radiosuna istinadən xəbərinə görə, Maassen qeyd edib ki, 60-a yaxın alman vətəndaşı döyüşlərdə öldürülüb.

Alman rəsmiləri inanırlar ki, Suriya və İraqda döyüşəndən sonra həmin alman vətəndaşlarından 180 cihadçı geri qayıdıb.

Bu ayın əvvəllərində Almaniya höküməti İraq və Suriyadakı İslam Dövlərti yaraqlılarına dəstəkdə şübhəli bilinən doqquz nəfəri həbs edib.

Son xəbərlər

Orphus sistemi