​54 nəfər Bəşşar Əsəd qüvvələrinin bombardmanlarının qurbanı olub

​54 nəfər Bəşşar Əsəd qüvvələrinin bombardmanlarının qurbanı olub Əş-Şəər məhəlləsinin bombalanması nəticəsində 9 nəfər həyatını itirib
Digər ölkələr
30 May , 2015 16:24
​54 nəfər Bəşşar Əsəd qüvvələrinin bombardmanlarının qurbanı olub

Bakı. 30 may. REPORT.AZ/ Suriyada Bəşşar Əsədə bağlı silahlı qüvvələrin Hələb şəhərinə helikopterdən atdığı "çəllək bombaları" nəticəsində azı 54 nəfər ölüb.

"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu haqda Suriya İnsan Haqlarını Müdafiə Təşkilatı məlumat yayıb.

Xəbərdə bildirilib ki, Hələbin əl-Bab rayonunun bombalanması nəticəsində 45 nəfər ölüb.

9 nəfər isə şəhərin əş-Şəər məhəlləsinə düşən bombaların qurbanı olub.  

Son xəbərlər

Orphus sistemi