Bakı. 3 fevral. REPORT.AZ/ Bab-əl-Məndəb boğazının Yəmən sahillərində qayığın qəzaya uğraması nəticəsində itkin düşən 35 nəfərdən çox yəmənli miqrantın axtarışı davam etdirilir.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, axtarışa rəhbərlik edən Saleh əl-Sobari qayıqda 50-yə yaxın adamın olduğunu deyib. Onlardan 13 nəfəri xilas edilib.
S.Sobari bildirib ki, qəzanın baş verməsinə səbəb əlverişsiz hava şəraiti, xüsusilə də güclü külək və yüksək dalğa göstərilir.