2016-cı ildə Avropaya 150 mindən çox qaçqın gəlib

2016-cı ildə Avropaya 150 mindən çox qaçqın gəlib "Frontex"in məlumatına görə, 2015-ci ildə Aİ-yə 1,8 milyon miqrant gəlib
Digər ölkələr
18 Mart , 2016 12:47
2016-cı ildə Avropaya 150 mindən çox qaçqın gəlib

Bakı. 18 mart. REPORT.AZ/ BMT-nin məlumatına görə, 2016-cı ildə Avropaya 150 mindən çox qaçqın gəlib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Nikolay Smorodin miqrasiya üzrə Rusiya-Avropa İttifaqı dialoqu zamanı bildirib.

Aİ-nin xarici sərhədlərinin təhlükəsizliyi üzrə agentlik olan "Frontex"in məlumatına görə, 2015-ci ildə Aİ-yə 1,8 milyon miqrant gəlib. Avropa Komissiyası isə dünyadakı cari miqrasiya böhranının II Dünya Müharibəsindən bəri ən böyük böhran olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi