​2016-2017-ci illərdə dünyada işsizlərin sayı təqribən 200 mln. nəfər təşkil edəcək

​2016-2017-ci illərdə dünyada işsizlərin sayı təqribən 200 mln. nəfər təşkil edəcək Buna əsas səbəb kimi iqtisadiyyatı inkişaf etməkdə olan ölkələrdə iqtisadi artım tempinin zəifləməsi göstərilir
Digər ölkələr
20 Yanvar , 2016 08:23
​2016-2017-ci illərdə dünyada işsizlərin sayı təqribən 200 mln. nəfər təşkil edəcək

Bakı. 20 yanvar. REPORT.AZ/ 2016-2017-ci illərdə dünyada işsizlərin sayı artmaqda davam edəcək və bu dövr ərzində 200 milyon nəfəri ötüb keçəcək.

"Report" xəbər verir ki, belə bir proqnoz Beynəlxalq Əmək Təşkilatının (BƏT) çərşənbə axşamı Cenevrədə dərc olunan məşğulluq sahəsində tendensiyalara dair hesabatında yer alıb.

Sənəddə qeyd olunur ki, 2015-ci ildə dünya iqtisadiyyatının artımı 3,1% təşkil edib ki, bu da bir il əvvəl proqnozlaşdırılandan 0,5% azdır. İqtisadiyyatın belə zəifləməsi işsizlik artımının davam etməsinə gətirib çıxardı və onların sayı 197,1 milyon nəfərə çatdı.

Məlumatda bildirilir ki, bu, 2014-cü il ilə müqayisədə təqribən 1 mln. və 2007-ci il böhranına qədər olan dövrdən isə 27 mln. çoxdur.

"Ən son məlumatlara görə, dünyada işsizlik artımı 2016-cı ildə təqribən 2,3 milyon nəfər, 2017-ci ildə isə 1,1 mln. nəfər gözlənilir, yəni müvafiq olaraq 199,4 mln və 200,5 mln. nəfərə qədər", - deyə hesabatda bildirilir.

BƏT buna əsas səbəb kimi iqtisadiyyatı inkişaf etməkdə olan ölkələrdə, xüsusilə Çində iqtisadi artım tempinin zəifləməsini, həmçinin Rusiya və Braziliya kimi böyük xammal ixracatçılarına toxunan xammal qiymətlərinin aşağı düşməsini göstərir.

Son xəbərlər

Orphus sistemi