2014-cü ildə Rusiya 15 milyard dollar həcmində silah və hərbi texnika ixrac edib

2014-cü ildə Rusiya 15 milyard dollar həcmində silah və hərbi texnika ixrac edib "Rusiyanın ən böyük üstünlüyü etibarli tərəfdaş olmasıdır"
Digər ölkələr
27 Yanvar , 2015 21:40
2014-cü ildə Rusiya 15 milyard dollar həcmində silah və hərbi texnika ixrac edib

BAKI. 27 yanvar. REPORT.AZ/ Ötən il ərzində Rusiya dünyaya 15 milyard dollar həcmində silah və hərbi texnika ixrac edib. Həmçinin 14 milyard dollarlıq yeni hərbi kotraktlar da imzalanıb.

"Report"-un İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiya prezidenti Vladimir Putin bu gün keçirilən Xarici dövlətlərlə hərbi-texniki əməkdaşlıq üzrə komissiyanın iclasında bunu deyib.

Onun sözlərinə görə, hazırda Rusiya 60-dan çox dövlətə silah və hərbi texnika satır.

"Rusiyanın ən böyük üstünlüyü etibarli tərəfdaş olmasıdır. Siyasi konyukturadan asılı olmayaraq biz bütün öhdəliklərimizi həyata keçiririk", - deyə V.Putin bildirib.

Son xəbərlər

Orphus sistemi