Ötən il Moskva yollarında ölənlərin sayı 800 nəfər artıb

Ötən il Moskva yollarında ölənlərin sayı 800 nəfər artıb Uşaqların iştirakı ilə yol qəzaları 8 faiz azalıb
Digər ölkələr
20 Mart , 2015 20:47
Ötən il Moskva yollarında ölənlərin sayı 800 nəfər artıb

Bakı. 20 mart. REPORT.AZ/ 2014-cü ildə Rusiyanın paytaxtı Moskvada avtomobil qəzaları nəticəsində ölənlərin sayı 2013-cü il ilə müqayisədə 800 nəfər artıb.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin paytaxt üzrə baş İdarəsinin rəisi Anatoli Yakuninə istinadən “İnterfax” məlumat yayıb.

“Ötən il yol-nəqliyyat travmatizmi xətti üzrə vəziyyət yaxşılaşıb. Uşaqların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri 8 faiz azalıb, eləcə də, onların ölüm faktı üzrə 26,7 faiz azalma müşahidə olunur”, — deyə Yakunin bildirib.

“Lakin xüsusi narahatçılıq doğuran fakt, ağır fəsadlarla nəticələnən yol qəzalarının artmasıdır. Avtomobil qəzaları nəticəsində ölənlərin sayı 4,6 faiz artıb ki, bu da ötən il ilə müqayisədə 800 nəfər çoxdur”, — deyə Yakunin qeyd edib.

Qeyd edək ki, 2014-cü il ərzində paytaxt Bakıda 901 yol qəzası qeydə alınıb. Baş verən qəzalarda 313 nəfər ölüb, 894 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi