Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Kiyev və bütün Ukraynanın patriarxı Filaret ilə görüşüb. "Report"un məlumatına görə, görüşdə patriarx Ukrayna provaslav kilsəsinin təsdiqi üzrə Ukraynada mənəviyyatın ifadəsində xidmətlərinə görə, Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının rəhbəri E.Məmmədovu ikinci dərəcəli Müqəddəs Apostola bərabər knyaz Böyük Vladimir ordeni ilə mükafatlandırıb.
Yüksək təltifə görə minnətdarlığını bildirən E.Məmmədov iki xalq və dövlət arasında sıx dostluq əlaqələrindən danışıb. Alyansın rəhbəri bildirib ki, Azərbaycan və Ukrayna xalqlarının səmimi, dostluq münasibətləri mövcuddur və bundan sonra bu münasibətlər daha da inkişaf edəcək.
Filaret Elmar Məmmədova bu çətin dövrdə Ukraynaya fəal dəstəyə görə təşəkkür edib.