​Vladimir Putin azərbaycanlı veteranı 95 illiyi münasibəti ilə təbrik edib

​Vladimir Putin azərbaycanlı veteranı 95 illiyi münasibəti ilə təbrik edib Varahmatulla Mərziyev Şamaxının Arçeman kəndində doğulub
Diaspor
11 Fevral , 2016 06:08
​Vladimir Putin azərbaycanlı veteranı 95 illiyi münasibəti ilə təbrik edib

Bakı. 11 fevral. REPORT.AZ/ Rusiyanın Osinniki şəhərində (Kuzbas) yaşayan Böyük Vətən müharibəsi veteranı Varahmatulla Mərziyev prezident Vladimir Putin, qubernator Aman Tuleyev və şəhər rəhbəri İqor Romanov tərəfindən 95 illiyi münasibəti ilə təbrik alıb.

"Report" "Vestikavkaza" istinadən xəbər verir ki, onların xoş arzularını cəbhəçiyə yerli şəhər şurasının rəhbəri Aleksandr Bıkov çatdırıb.

Varahmatulla Mərziyev Azərbaycan SSR-nin Şamaxı qəzasının (Hazırda Azərbaycanın Şamaxı rayonu) Arçeman kəndində dünyaya gəlib. O, 1941-ci ildə orduya çağırılıb və Qudermes qoşun hissəsinin təlim batalyonunda xidmətdən sonra, 1942-ci ilin iyulunda cəbhəyə gedib. Çox keçmədən onun olduğu hərbi hissə dağılıb, o özü isə əsir düşüb. Mərziyəv ilk günlərdə Almaniyada olub, sonra isə İtaliyaya göndərilib. Növbəti köçürülmə mərhələsində həmyerlimiz əsirlikdən qaçıb və Yuqoslaviya partizanlarına qoşulub. Həmyerlimiz onlarla birgə 1944-cü ilədək düşmənlə mübarizə aparıb. Həmin il Böyük Britaniya tərəfindən Sovet İttifaqına göndərilib.

O, tərxis olunduqdan sonra 1944-cü ilin oktyabrında Osinniki şəhərinə gedib, mədəndə çalışıb.

Mərziyev igidliyinə görə II dərəcəli Vətən müharibəsi ordeni ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi