Kiyev. 22 avqust. REPORT.AZ/ Birləşmiş Ukrayna Azərbaycan Konqresinin (BUAK) Nikolayev vilayəti üzrə nümayəndəsi Anar Axundov şəhər meriyasında yeni vəzifəyə təyin olunub.
BUAK-dan “Report”a verilən məlumata görə, A.Axundov Nikolayev şəhər merinin millətlərlə iş üzrə baş müşaviri təyin edilib.
Qeyd edək ki, A.Axundov buna qədər Nikolayev vilayəti azsaylı Xalqlar Departamentinin sədri kimi çalışıb.