Rusiyada Günəşli yatağında həlak olan neftçilərin xatirəsi yad edilib

Rusiyada Günəşli yatağında həlak olan neftçilərin xatirəsi yad edilib Azərbaycan səfirliyinin binası qarşısına qərənfillər düzülüb və onların xatirəsinə şamlar yandırılıb
Diaspor
8 Dekabr , 2015 12:59
Rusiyada Günəşli yatağında həlak olan neftçilərin xatirəsi yad edilib

Bakı. 8 dekabr. REPORT.AZ/ Dekabrın 4-də Xəzər dənizindəki Günəşli yatağının 10-cu dərin özülündə baş verən yanğında həlak olan neftçilərin xatirəsi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən anılır. Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Rusiyanın paytaxtı Moskvada Azərbaycanın səfirliyi qarşısına hadisə zamanı itkin düşən və həlak olan neftçilər yad edilib.

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK), Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun, Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının, Rusiya Azərbaycan Dostluq Mərkəzinin üzvləri, Moskvada təhsil alan azərbaycanlı tələbələr səfirlik binası qarşısına qərənfillər düzüb və onların xatirəsinə şamlar yandırıblar. Aksiyada azərbaycanlılarla yanaşı, Moskvadakı digər xalqların nümayəndələri də iştirak edib. 

Mərasimdə Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev, ÜAK-ın icraçı direktoru İlqar Hacıyev, gənc diaspor rəhbərləri Şamil Tağıyev və Toğrul Allahverdili çıxış edərək aksiya iştirakçılarına Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirdikləri üçün təşəkkür ediblər. 

Son xəbərlər

Orphus sistemi