​Qlobal Forumun hazırlıqları Brüsseldə müzakirə ediləcək

​Qlobal Forumun hazırlıqları Brüsseldə müzakirə ediləcək “Yeni dünya düzənində etimadın yaradılması" mövzusu müzakirə olunacaq
Diaspor
16 Yanvar , 2015 19:11
​Qlobal Forumun hazırlıqları Brüsseldə müzakirə ediləcək

Bakı. 16 yanvar. REPORT.AZ/ Bu ilin aprelində Bakıda keçirilməsi planlaşdırılan III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq məqsədilə fevral ayında Brüsseldə IV Ali Səviyyəli toplantı olacaq.

Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən bildirilib.

DİDK-nin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkil edəcəyi toplantıda “Yeni dünya düzənində etimadın yaradılması" mövzusu müzakirə olunacaq.

Ali Səviyyəli toplantının işində Latviya, Serbiya, Bolqarıstan, Xorvatiya, Rumıniya, Albaniya, Ukrayna, Macarıstan, Hollandiyanın sabiq prezident və baş nazirlərinin, o cümlədən İtaliya və Türkiyə sabiq xarici işlər nazirlərinin, həmçinin bir sıra digər nüfuzlu liderlərin iştirakı nəzərdə tutulub.

Toplantıda hazırda dünya üçün təhlükəyə çevrilən terror, xüsusilə də Fransa və Nigeriyada törədilmiş terror hadisələri, münaqişələr və dünyanı narahat edən digər məsələlər müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi