​Niderlandda Xocalı soyqırımının ildönümü ilə əlaqədar aksiya keçirilib

​Niderlandda Xocalı soyqırımının ildönümü ilə əlaqədar aksiya keçirilib Aksiya “Odlar Yurdu” təşkilatının sədri Firəngiz Bağırovanın təşəbbüsü ilə “Drenthe” Kollecinin tələbələri tərəfindən təşkil olunub
Diaspor
27 Fevral , 2016 15:17
​Niderlandda Xocalı soyqırımının ildönümü ilə əlaqədar aksiya keçirilib

Bakı. 27 fevral. REPORT.AZ/ Niderland Krallığının Assen şəhərində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar aksiya keçirilib.

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görtə, aksiya “Odlar Yurdu” təşkilatının sədri Firəngiz Bağırovanın təşəbbüsü ilə “Drenthe” Kollecinin tələbələri tərəfindən təşkil olunub.

Aksiyanın təşkilatçıları Xocalı soyqırımına aid məlumatların əks olunduğu vərəqləri şəhər sakinlərinə təqdim edib, faciənin tarixi haqqında məlumat verib, onların suallarını cavablandırıblar. 

Son xəbərlər

Orphus sistemi