​Niderland dövlət televiziyasında göstərilən “Qarabağ faciəsi” filmi erməniləri hiddətləndirib

​Niderland dövlət televiziyasında göstərilən “Qarabağ faciəsi” filmi erməniləri hiddətləndirib Avropada yaşayan ermənilər filmin yayınlanmasına etiraz ediblər
Diaspor
14 Dekabr , 2015 11:42
​Niderland dövlət televiziyasında göstərilən “Qarabağ faciəsi” filmi erməniləri hiddətləndirib

Bakı. 14 dekabr. REPORT.AZ/ Benilüks Azərbaycanlılar Konqresinin (BAK) dəstəyi ilə Niderland Krallığının dövlət televiziyası olan Ned2 telekanalında “Qarabağ faciəsi” adlı sənədli film nümayiş etdirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, filmdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti, Azərbaycan ərazisinin 20 faizdən çox hissəsinin işğal edilməsi, Ermənistandan və Dağlıq Qarabağdan qovulmuş bir milyon azərbaycanlının vəziyyəti hollandların, eləcə də bu ölkədə yaşayan xaricilərin diqqətinə çatdırılıb.

Filmin nümayişindən sonra Niderlandda və ümumiyyətlə, Avropada yaşayan ermənilər, ermənipərəst qüvvələr tərəfindən yerli qəzetlərdə və internet portallarında etiraz bəyanatları verilib. Onlar filmdə ermənilərə vaxt ayrılmaması, münaqişəyə birtərəfli yanaşılması kimi ittihamlarla dolu yazı və statuslarla çıxış ediblər, filmin çəkiliş qrupu haqqında sərt mesajlar yaymaqdan belə çəkinməyiblər.

Qeyd edək ki, artıq üçüncü dəfədir BAK-ın dəstəyi ilə Niderland Krallığının Ned2 və Ned3 telekanallarında Xocalı soyqırımı, həmçinin Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən film nümayiş etdirilir. Bir müddət əvvəl BAK-ın dəstəyi və türkoloq Aleskandr de Grootun iştirakı ilə hazırlanmış Xocalı soyqırımına dair sənədli film ermənilərin iç üzünü açaraq yerli tamaşaçılarda dərin izlər buraxmışdı.

Son xəbərlər

Orphus sistemi