"Ukraynanın Azərbaycan ictimaiyyətinin Ukrayna siyasi millətinin formalaşmasında rolu" adlı konfrans keçirilib

"Ukraynanın Azərbaycan ictimaiyyətinin Ukrayna siyasi millətinin formalaşmasında rolu" adlı konfrans keçirilib Təkliflərin gələcəkdə hökumətə təqdim olunması qərara alınıb
Diaspor
18 Mart , 2015 10:38
Ukraynanın Azərbaycan ictimaiyyətinin Ukrayna siyasi millətinin formalaşmasında rolu adlı konfrans keçirilib

Bakı. 18 mart. REPORT.AZ/ Lvovda Ukrayna Milliyyətlər Asambleyası ölkədəki azərbaycanlı konqresləri ilə birgə "Ukraynanın Azərbaycan ictimaiyyətinin Ukrayna siyasi millətinin formalaşmasında rolu" adlı konfrans keçirib. Assambleyadan "Report"a verilən məlumata görə, konfransda Ukraynanın tanınmış ictimai xadimləri, politoloqlar, ali məktəblərin müəllimləri, deputatlar, əməkdar mədəniyyət və səhiyyə xadimləri, həmçinin Ukrayna azərbaycanlıları Konqresinin vilayət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Çıxış edən Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev Ukrayna dövlət quruluşunun formalaşmasında ölkədə yaşayan müxtəlif etnik qrupların nümayəndələrinin, həmçinin etnik azərbaycanlıların iştirakının zəruri olduğunu bildirib.

Lvov şəhərinin meri, Ukraynanın tanınmış siyasətçisi Andrey Sadovoy isə bildirib ki, Lvov çoxmillətli şəhərdir və belə bir bölgənin idarə olunmasında etnik xalqların, xüsusilə azərbaycanlıların rolu onlar üçün əhəmiyyətlidir. A.Sadovoy bu təşəbbüs üçün öz təşəkkürünü bildirib və bunu Ukraynanın möhkəmlənməsində vacib amil kimi qeyd edib. Daha sonra konfransda etnik xalqların ölkə siyasi həyatında rolu ilə bağlı müxtəlif təkliflər, proqramlar müzakirə olunub. Təkliflərin gələcəkdə hökumətə təqdim olunması qərara alınıb.

Son xəbərlər

Orphus sistemi