İsrail baş nazirinin köməkçisi: "Yəhudi Konqresi Azərbaycan diasporuna daim dəstək verir"

İsrail baş nazirinin köməkçisi: "Yəhudi Konqresi Azərbaycan diasporuna daim dəstək verir" Mendi Safadi BDM sədrinin beynəlxalq məsələlər üzrə müşaviri təyin edilib
Diaspor
24 İyul , 2015 16:24
İsrail baş nazirinin köməkçisi: Yəhudi Konqresi Azərbaycan diasporuna daim dəstək verir

Bakı. 24 iyul. REPORT.AZ/ Bu gün İsrailin baş nazirinin beynəlxalq məsələlər üzrə köməkçisi, İsrail Beynəlxalq Təhlükəsizlik Cəmiyyətinin və İsrail Beynəlxalq Diplomatiya Mərkəzinin sədri Mendi Safadi Beynəlxalq Diaspor Mərkəzinin (BDM) ofisini ziyarət edib. 

BDM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mərkəzin sədri İsmayıl Ağayev Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi, Qərbi azərbaycanlıların öz ata-baba yurdlarından ermənilər tərəfindən deportasiya edilməsi, eləcə də ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı həyata keçirdikləri terror və soyqırımların dünya ictimaiyyətinə çatdırılmasında BDM-in həyata keçirdiyi layihələr haqqında qonağa məlumat verib. Həmçinin Mendi Safadi BDM sədrinin beynəlxalq məsələlər üzrə müşaviri təyin edilib. Mendi Safadi də öz növbəsində Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında Yəhudi Konqresinin Azərbaycan diasporuna daim dəstək verməsi üçün əlindən gələni edəcəyini bildirib. Daha sonra Beynəlxalq Diaspor Mərkəzi (BDM), İsrail Beynəlxalq Təhlükəsizlik Cəmiyyəti və İsrail Beynəlxalq Diplomatiya Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Görüşdə Türkiyə Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİM-DER) başqanı Göksəl Gülbəy, Gürcüstan-Azərbaycan Dostluq Evinin vitse-prezidenti Georgi İvanelaşvili, BDM-in Yaxın Şərq üzrə nümayəndəliyinin rəhbəri, sülh səfiri Aleks Şapiro da iştirak edib.

Son xəbərlər

Orphus sistemi