Əskişəhər Azərbaycanlılar Dərnəyi beynəlxalq tədbirdə təmsil olunub

Əskişəhər Azərbaycanlılar Dərnəyi beynəlxalq tədbirdə təmsil olunub Azərbaycan stendində yazıçı Ali Ekincielin "Qarabağ gündəliyi" kitabının təqdimatı keçirilib
Diaspor
14 May , 2015 11:08
Əskişəhər Azərbaycanlılar Dərnəyi beynəlxalq tədbirdə təmsil olunub

Bakı. 14 may. REPORT.AZ/ Türkiyədə təhsil alan 160 ölkədən olan 80 min tələbənin iştirakı ilə VIII beynəlxalq tələbə festivalı təşkil edilib. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, ölkənin 33 şəhərində, o cümlədən Əskişəhərdə keçirilən festivalda Əskişəhər Azərbaycanlılar Dərnəyi Azərbaycan guşəsi yaradaraq çox sayda vizual materiallar, kitablar, bukletlər, milli suvenirlər, Azərbaycanın milli geyimləri və müxtəlif guşələrini əks etdirən rəsm əsərlərini nümayiş etdirib.

Festival zamanı azərbaycanlı tələbələrin ifasında milli musiqi və rəqslər tədbir iştirakçılarının böyük marağına səbəb olub. Eyni zamanda dərnəyin Azərbaycan stendində yazıçı Ali Ekincielin "Qarabağ gündəliyi" kitabının təqdimatı keçirilib.

Qeyd edək ki, beynəlxalq tələbə festivalı Beynəlxalq Tələbə Təşkilatları Federasiyası və Türkiyə Gənclik Vəqfinin birgə təşkilatçılığı ilə 2012-ci ildən etibarən mütəmadi olaraq keçirilir. Festivalın məqsədi Türkiyənin müxtəlif universitetlərində təhsil alan xarici tələbələrin təşkilatçılıq qabiliyyətini inkişaf etdirmək, onların arasında birlik və həmrəyliyi gücləndirmək, əcnəbi tələbələrin öz mədəniyyətini tanıtması üçün imkanlar yaratmaqdır.

Son xəbərlər

Orphus sistemi