​Diaspor təşkilatının sədri Avropa Parlamentinin deputatına Xocalı soyqırımına dair bəyanat təqdim edib

​Diaspor təşkilatının sədri Avropa Parlamentinin deputatına Xocalı soyqırımına dair bəyanat təqdim edib Deputat Azərbaycan və azərbaycanlılar haqqında yüksək fikirdə olduğunu bildirib
Diaspor
12 Fevral , 2016 14:01
​Diaspor təşkilatının sədri Avropa Parlamentinin deputatına Xocalı soyqırımına dair bəyanat təqdim edib

Bakı. 12 fevral. REPORT.AZ/ İsveçdə fəaliyyət göstərən Azərbaycan Naminə Cəmiyyətin sədri Nadir Hollenbrand İsveçdə yerləşən Parlament evində Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə əlaqədar Avropa Parlamentinin deputatı Fredrik Federley ilə görüş keçirib.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Görüş zamanı deputata Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib, həmçinin qətliamı pisləyən bəyanatın ingilis dilində nüsxəsi təqdim edilib.

Bəyanatda 1992-ci ilin 25-26 fevralında erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərinin sakinlərinə qanlı cinayət aktı həyata keçirildiyi, nəticədə bir gecədə 106 qadın, 63 uşaq, 70 yaşlı insanın və ümumilikdə 613 azərbaycanlının erməni vandalları tərəfindən öldürüldüyü, 1275 nəfərin əsir götürüldüyü, 150 nəfərin taleyinin isə hələ də məlum olmadığı, 6 ailənin tamamilə məhv edildiyi, 25 körpənin hər iki valideynini itirdiyi, 56 insanın xüsusi amansızlıqla qətlə yetirildiyi qeyd edilir. Bəyanatda bildirilir ki, beynəlxalq ictimaiyyət bu acı həqiqətdən xəbərdar olmalı, insanlığa qarşı törədilən cinayətə hüquqi qiyməti verməlidir.

Deputat Federley qeyd edib ki, yaxın zamanda Brüsseldə olacaq və bəyanatı Avropa Parlamentinə təqdim edəcək.

Söhbət zamanı məlum olub ki, Federley bir ay əvvəl Azərbaycanda işgüzar səfərdə olub.

Deputat Azərbaycan və azərbaycanlılar haqqında yüksək fikirdə olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi