BUAK: Ukraynada erməni diasporu Azərbaycan diasporu ilə rəqabət apara bilməz

BUAK: Ukraynada erməni diasporu Azərbaycan diasporu ilə rəqabət apara bilməz Azərbaycan diasporu regional liderinin oğlu Ukrayna ordusuna könüllü əsgər yazılıb
Diaspor
9 Dekabr , 2014 18:06
BUAK: Ukraynada erməni diasporu Azərbaycan diasporu ilə rəqabət apara bilməz

Bakı. 9 dekabr. REPORT.AZ/ Ukrayna diaspora strukturunun nümayəndələri Azərbaycan diasporunun ölkə ərazisində ən fəal diasporlardan biri olduğunu bildiriblər.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) Dneprepetrovsk vilayəti təşkilatının sədri Qüdrət Hacıyev Report.az-a müsahibəsində deyib ki, Ukraynanın bütün fəaliyyət sahələrində azərbaycanlılar fəal iştirak edir: "Azərbaycan diasporu hər zaman Ukraynanın ictimai-siyasi həyatının bütün sahələrində fəal olub. Maydandakı hadisələrdən əvvəl bizim Ukraynanın hökumət nümayəndələri ilə sıx əlaqələrimiz var idi, lakin bu gün biz həmin əlaqələri yenidən bərpa etmək məcburiyyətindəyik".

Onun sözlərinə görə, BUAK hər zaman Dnepropetrovsk, Xarkov və Ukraynanın digər regionlarında Azərbaycan diasporunun digər strukturları arasında lokomotiv rolunda çıxış edib: "Azərbaycan diasporu yəhudi diasporu istisna olmaqla, Dnepropetrovskdə ən fəaldır. Açıq danışsaq, orada çox az qurum bizimlə rəqabətə girə bilər, ermənilər haqqında heç danışmağa da dəyməz".

Q.Hacıyev xüsusilə qeyd edib ki, BUAK bir çox diasporlarla sıx, dostluq əlaqələri qurub: "Biz hər zaman hər kəsdən öndə gedirik, bütün diasporlarla bütün şəhər və ya dövlət tədbirlərində birgə iştirak edirik".

BUAK-ın regional nümayəndəliyinin sədri vurğulayıb ki, hazırda Dnepropetrovskda 15 minə yaxın azərbaycanlı yaşayır: "Ukraynada azərbaycanlıların kiçik və orta biznesi üçün bütün şərait yaradılıb. Dnepropetrovskinin mərkəzində azərbaycanlılar bir sıra obyektlər - restoranlar, mağazalar, supermarketlər və s. açıblar".

O, həmçinin Ukraynanın qərbində diaspor strukturlarının olmaması ilə əlaqədar təəssüfləndiyini bildirib: "Hazırda ölkənin qərbində bu istiqamətdə işlər görülür. Orada az sayda azərbaycanlı yaşayır, lakin istənilən halda biz azərbaycanlıların birləşməsi üçün bütün səyləri əsirgəmirik".

BUAK Xmelnitsk vilayəti təşkilatının rəhbəri Ceyhun Qasımov isə deyib ki, azərbaycanlılar hər zaman Ukraynanın ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyiblər: "Bununla yanaşı, azərbaycanlılar, əsasən da Azərbaycanın işğal olunmuş ərazilərindən olan qaçqınlar Maydan iştirakçılarını dəstəkləyiblər". 

C.Qasımov həmçinin qeyd edib ki, oğlu Ukrayna ordusuna könüllü əsgər yazılıb və hərbi əməliyyatlarda iştirak edir, qardaşı oğlu isə desant qoşunlarında müqavilə əsasında qulluq edir.

O vurğulayıb ki, bu yaxınlarda BUAK "Qarabağ" adlı futbol komandası təşkil edib: "Bu da erməni diasporu nümayəndələrinin narazılığına səbəb olub. Rövşən Tağıyevin dəstəyi sayəsində (BUAK rəhbəri - Red.) biz komandamızı həmin adla qeydiyyatdan keçirə bildik və hətta Ukrayna milli azlıqları arasında keçirilən futbol çempionatında ermənilərə qalib gəldik".

C.Qasımov bildirib ki, təşkilat Ukraynada yaşayan azərbaycanlılara da dəstək və yardım göstərir: "Təşkilat sistemli şəkildə milli bayramları (Novruz), o cümlədən dini bayramları (Ramazan və Qurban) və s. qeyd edir. Bizim təşkilat Azərbaycan xalqının mədəni dəyərləri və mirasının təbliğatı ilə məşğul olur".

Ukrayna Yəhudi Fondunun rəhbəri, Ukrayna Millətlər Assambleyasının üzvü Aleksandr Monastırski isə deyib ki, Maydan hadisələri zamanı azərbaycanlılara ən böyük diqqəti BUAK sədri Rövşən Tağıyev göstərib: "Həyat yoldaşı ilə birgə həmin hadisələrdə zərər çəkmiş insanlara humanitar və maliyyə yardımı göstərib. Hadisələr zamanı BUAK və Ukrayna Millətlər Assambleyası bir sıra "dəyirmi masa"lar keçirib, "qaynar nöqtələr"də ictimaiyyətlə görüşlər təşkil edib. Aprelin ortalarında "dəyirmi masa" keçirmək üçün Kiyevdən Donetskə gələn yeganə azərbaycanlı Rövşən Tağıyev olub. Bu, böyük cəsarətdir və bunu Ukrayna cəmiyyətində yüksək qiymətləndirirlər".

Onun sözlərinə görə, Azərbaycan diasporu Ukraynanın ictimai-siyasi həyatında yaxından iştirak edir.

А.Monastırski qeyd edib ki, ölkədə hazırkı vəziyyətə nəzərə alsaq, Ukraynanın müxtəlif diaspor strukturları birləşməyə can atır: "Biz insanları ayırmağa deyil, birləşdirməyə çalışırıq". 

Son xəbərlər

Orphus sistemi