​Brüsseldə erməni təxribatının qarşısı alınıb

​Brüsseldə erməni təxribatının qarşısı alınıb Belçika federal polisi onların Azərbaycan səfirliyi qarşısında mitinq keçirməsinə imkan verməyib
Diaspor
25 Fevral , 2015 20:38
​Brüsseldə erməni təxribatının qarşısı alınıb

Bakı. 25 Fevral. REPORT.AZ/ Bu gün Brüsseldə bir qrup erməni Azərbaycanın Belçikadakı səfirliyi qarşısında mitinq keçirməyə cəhd edib.

Səfirlikdən "Report"a verilən məlumata görə, onların bu cəhdi Belçika federal polisinin müdaxiləsi nəticəsində baş tutmayıb və mitinqin qarşısı alınıb.

Qeyd edək ki, həmin saatda Belçika-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşkilatçılığı ilə Brüsseldə yerləşən Avropa Parlamentinin qarşısındakı "Lüksemburq" meydanında aksiya keçirilirmiş.

Son xəbərlər

Orphus sistemi