Bosniya ve Herseqovinanın Rəyasət Heyətinin sədri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib

Bosniya ve Herseqovinanın Rəyasət Heyətinin sədri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib Qəbul zamanı martın 10-11-i Bakıda keçiriləcək IV Qlobal Foruma hazırlıq məsələləri müzakirə olunub
Diaspor
2 Fevral , 2016 14:50
Bosniya ve Herseqovinanın Rəyasət Heyətinin sədri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib

Bakı. 2 fevral. REPORT.AZ/ IV Qlobal Bakı Forumuna hazırlıq görüşü çərçivəsində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Səragəldini və Mərkəz üzvlərini qəbul edib. Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. 

Qəbul zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Sarayevo Açıq Cəmiyyətlər və Dəyərlər İnstitutu arasında əməkdaşlıq, martın 10-11-də Bakıda keçiriləcək IV Qlobal Foruma hazırlıq məsələləri müzakirə olunub.

Bundan başqa, Sarayevo şəhərinin meri və şəhərin dini lideri də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib.

Qeyd edək ki, Sarayevoda IV Qlobal Bakı Forumuna hazırlıq məqsədi ilə Bosniya ve Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniçin dəstəyi ilə "Dinlərarası dialoq və ekstremizmə cavab" movzusunda xüsusi toplantı keçiriləcək.

Son xəbərlər

Orphus sistemi